Bəzi büdcə təşkilatlarında maaşlar avqust ayından etibarən gecikirbackend

Bəzi büdcə təşkilatlarında maaşlar avqust ayından etibarən gecikir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türkmənistanda elə dövlət qurumları var ki, işçilərinə iki aydır maaş verə bilmir. Məsələn, paytaxt Aşqabad məktəblərində müəllimlər, eləcə də mənzil-kommunal xidmətlərinin işçilərinə sentyabr ayı üçün maaşlar gecikir.

Ancaq avqust ayından bəri maaşları verilmədiyi təşkilatlar var. Xüsusilə, şəhər su təchizatı idarəsinin (Aşqabataqızsu) və “Türkmənqaz” konsernindəki atçılıq təsərrüfatının işçiləri maaşsız qalıblar. Avqust ayı üçün pulu ən yaxşı halda ayrı-ayrı şöbələrin rəhbərləri alıblar.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Qeyd edək ki, Rusiya Türkmənistanda qaz alışını bərpa etməyə qərar verdikdən sonra daha yaxşı olacağını gözləyən qaz sənayesi işçiləri maaş almaqda çətinlik çəkirlər. Sənayedə maliyyələşdirmənin azaldılması səbəbindən əksəriyyət işçilər müddətsiz məzuniyyətə buraxılıblar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*