Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, 24 iyul 2025-ci il tarixində saat 10:00-dan etibarən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qazın verilişi gün ərzində bərpa olunacaq.