“Bəzi oxuyan oğlanların səsindən “qadın iyi” gəlir” – Xalq artistibackend

“Bəzi oxuyan oğlanların səsindən “qadın iyi” gəlir” - Xalq artisti

“Gündə yüzlərlə mahnı çıxır, Bakı küləyi kimi əsir gedir. Bir nəfər yüz, yüz nəfər bir nəfər kimi oxuyur. Səslər bilinmir”.

KONKRET.az Axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev “Dikdaban” verilişində deyib. Müğənni bir çox ifaçıları tənqid edib:

“Kişi oxuyanda bilməsilən ki, kişi səsidir. Elə oxuyan oğlanlar var ki, səsindən qadın iyi gəlir, tembri yoxdur. Hamısına şamil etmirəm. Hamının səsi var, oxumalıdır? Səs var ki, 10 metr qarşıya çatmır. O qədər aparat var ki, səsi qaldır hara istəyirsən. Ya da başqa bir müğənninin səsini qoyur. Senzura, baxan yoxdur. İndi məqsəd odur ki, oxuyum, məni toya aparsınlar. Ya da müğənni oxumağa yalvarır ki, məni qabağa ver. Bu sənət deyil, elə bil bazarda göyərti satırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*