Bəzi rayonlarda 37 dərəcə isti olub – FAKTİKİ HAVAbackend

Bəzi rayonlarda 37 dərəcə isti olub - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

KONKRET.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən bildirir ki, iyunun 17-si saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti sabit, əsasən, yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə 1 mm-dək olub.

İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*