Biləsuvar sakinini ildırım vurdubackend

Biləsuvar sakinini ildırım vurdu

Biləsuvar rayon sakinini ildırım vurub.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub.

Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*