Biləsuvar xəstəxanasındakı azyaşlının ölüm səbəbi açıqlandıbackend

Biləsuvar xəstəxanasındakı azyaşlının ölüm səbəbi açıqlandı

Biləsuvarda xəstəxanada 3 yaşlı uşağın ölüm səbəbi açıqlanıb.

TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, daha öncə iyulun 13-də və 18-də sol qasıq nahiyəsində olan ağrılar səbəbilə 2022-ci il təvəllüdlü (kişi cinsli) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına valideynləri tərəfindən gətirilib. Həkim-cərrahının müayinəsində olan azyaşlıya soltərəfli qasıq yırtığı diaqnozu təyin edilib:

“İyulun 21-də saat 15:00 radələrində cərrahi əməliyyat üçün hazırlanarkən azyaşlı anestezioloji preparatların inyeksiyası zamanı anaflaktik şok keçirib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 20:20 radələrində azyaşlının ölüm faktı qeydə alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*