Biləsuvarda ağır yol qəzasında yaralananların kimliyi məlum oldu – YENİLƏNİBbackend

Biləsuvarda ağır yol qəzasında yaralananların kimliyi məlum oldu - YENİLƏNİB

Biləsuvarda baş verən ağır yol qəzasında yaralanan şəxslərin kimliyi məlum olub. 

KONKRET.az siyahını təqdim edir:

1.Qədirov Elşən Vahid oğlu (1986) – Sumqayıt şəhəri

2.Əlişanov Rüstəm Fəxrəddin oğlu (1983) – Sumqayıt şəhəri

3.Abdullayev Süleyman Sadiq (1998) – Hacıqabul rayonu

4.Həsənov Emin Hakverdi oğlu (1988) –  Sumqayıt şəhəri

5.Niftiyev Elmir Emin oğlu (1998) – Biləsuvar rayonu

6.İskəndərov Elmar Marif (1994) – Biləsuvar rayonu

7.İmanov Vaqif Nürəddin oğlu (1992) – Biləsuvar rayonu

8.Hacıyev Taryel Elhan oğlu ( 1992) – Qəbələ rayonu

9.Pirimov Razi Əliməhəmməd oğlu (1979) – Sumqayıt şəhəri

10.Əlizadə Elməddin Ələddin oğlu ( 1995) – Sabirabad rayonu

11.Bayramov Natiq Nizami (1989) – Sumqayıt şəhəri

12.Qədirov Elşən  Vahid oğlu ( 1986) – Sumqayıt şəhəri

13.Hüseynov Nicat Fərhad oğlu (1987) – Sumqayıt şəhəri.

13:17

Biləsuvarda ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunlar “BMW” markalı minik avtomobilinin sürücüsü, 1968-ci il təvəllüdlü Sumqayıt şəhər sakini, Şahin Möhbü oğlu Fətullayev və avtomobildə sərnişin qismində olan 1961-ci il təvəllüdlü Bakı şəhər sakini, Bəymirzə Yəhya oğlu Mərdanovdur.

Yaralılar isə Biləsuvar rayon Mərkəzi xəstəxanasında müalicələrini davam etdirirlər.

10:57

Biləsuvar rayonunda “BMW” markalı minik avtomobili ilə “Mercedes” markalı mikroavtobusun toqquşması nəticəsində iki nəfər ölüb, 10-dan çox şəxs yaralanıb.

KONKRET.az-ın məlumatına görə, yaralı şəxslər xəstəxanaya aparılıblar.

Hazırda onlara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

10:03

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*