Bilik günü tədbir keçirilə bilər? – RƏSMİ AÇIQLAMAbackend

Bilik günü tədbir keçirilə bilər? - RƏSMİ AÇIQLAMA

“15 sentyabrda Bilik günü ilə bağlı heç bir kütləvi tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Pandemiya şəraitində bu, mümkün deyil”.

KONKRET.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Nazirliyin sözçüsü qeyd edib ki, bu il 650 mindən çox şagird ibtidai siniflərdə tədris prosesinə qoşulacaq:

“Azərbaycanda şagirdlərin 10 faizinə qədəri rus dili üzrə təhsil alır. Təxminən 1 milyon 600 min şagirddən söhbət gedir. 90 faiz şagird isə Azərbaycan dili üzrə təhsil alır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*