İsrail İrandakı hərbi əməliyyatlara gündə yüz milyonlarla dollar xərcləyir.
KONKRET.az bildirir ki, bu barədə “Wall Street Journal” ekspertlərə istinadən yazıb.
Qeyd olunur ki, İranda bir aylıq müharibə təxminən 12 milyard dollara başa gələ bilər.
Nəşrin adı çəkilməyən ekspertlərə istinadən yazdığına görə, raketlərin qarşısının alınması üçün istifadə olunan sistemlərin dəyəri gündə 200 milyon dollara çata bilər. Həmçinin İranın zərbələrindən sonra ölkənin bərpası ən azı 400 milyon dollara başa gələcək. Qəzet qeyd edir ki, bu cür xərclər İsrailin İranla uzunmüddətli müharibə aparmaq imkanlarını məhdudlaşdıra bilər.
İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Yehoşua Kalinskinin qəzetə verdiyi məlumata görə, İsrailin “David’s Sling” hava hücumundan müdafiə sisteminin hər dəfə aktivləşdirilməsi təxminən 700 milyon dollara başa gəlir.
Başqa bir “Strela 3” hava hücumundan müdafiə sisteminin istifadəsi bir raketin tutulması üçün təxminən dörd milyona başa gəlir. Kalinski qəzetə əlavə edib ki, İsrail ordusunun başqa bir xərci “F-35” qırıcılarının saxlanması və istifadəsi ilə bağlıdır. Beləliklə, bir saatlıq uçuşun qiyməti təxminən on min dollardır.
Qəzet İsrail Reyxman Universitetinin hesablamalarına istinadən yazır: “İranla bir ay davam edəcək müharibə təxminən 12 milyard dollara başa gələcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az