Bir-biri ilə anlaşa bilməyən bürclər –  SİYAHIbackend

Bir-biri ilə anlaşa bilməyən bürclər - SİYAHI

İnsanların çoxu öz bürclərinin xüsusiyyətlərini oxuyarkən onlara uyğun gələn bürclər haqqında maraqlanır.

Lakin digər maraqlı məqam isə hansı bürclə heç vaxt anlaşa bilməyəcəyinizi düşünməyinizlə bağlıdır.

KONKRET.az bir-biri ilə yola getməyən, xüsusiyyətləri ziddiyət təşkil edən bürcləri təqdim edir:

Qoç bürcü – Qoç bürcü insanları özünə güvənən insanlardır və özlərini birinci yerə qoymağı xoşlayırlar. Ancaq bu xüsusiyyətlər Şir, Əqrəb və Dolça bürcü ilə anlaşmanı çətinləşdirir.

Buğa bürcü- Buğa kişisinin hədəfləri sabitdir və heç vaxt dəyişmir. Bu səbəbdən Xərçəng, Oğlaq, Tərəzi kimi müxtəlif bürclərə malik insanlarla anlaşmaq daha çətindir.

Əkizlər – dəyişkən, maraqlı, qərarsız bürcdür. Buna görə də, Oxatan, Qız və Balıqlar birbaşa Əkizlərlə ziddiyət təşkil edir.

Xərçəng bürcü – Xərçəngin əks əlaməti Oğlaqdadır. O, Oğlaq kişisi ilə demək olar ki, heç vaxt anlaşmır. Çünki Xərçəngin emosional təbiəti var; Oğlaq bürcünün realist təbiəti ilə bu bürc uyğunlaşa bilməz.

Şir bürcü – Şir bürcünün əksi Buğa, Əqrəb və Dolçadır. Bu bürclər Şir bürcü adamlarını özündənrazı hesab edir.

Qız bürcü – Qız bürcünün həddindən artıq vasvası xasiyyəti və hər bir hərəkətini əvvəlcədən hesablaması cəld hərəkət etməyi sevən Oxatan, Qoç və Şir bürcü ilə bir araya sığmır.

Tərəzi bürcü – Qoç, Xərçəng və Oğlaq bürcü üçün Tərəzilər çətin bir şəxsiyyətə sahibdirlər.

Əqrəb bürcü- Bu bürcün insanlarının həddindən artıq özlərinə istiqamətli hərəkətləri zamanla Şir, Dolça və Buğa bürclərini yorur və onlar Əqrəb bürcünə dözülməz bir insan kimi baxırlar.

Oxatan bürcü – Həvəsli və diqqətsiz Oxatan kişisinin əks bürcləri Əkizlər, Qız və Balıqlardır. Bu bürclər Oxatan insanlarını şıltaq və həddindən artıq optimist hesab edirlər.

Oğlaq bürcü – Onun əks əlamətləri Xərçəng, Tərəzi və Qoçda cəmlənib. Oğlaqların həddindən artıq səbri və nizamlılığı əks əlamətlərinə görə darıxdırıcı görünür.

Dolça bürcü – Dolçalar torpaq qrupuna daxil olan Buğa, Qız və Oğlaq ilə çətinliklə anlaşa bilirlər.

Balıq bürcü – Bu bürclər Balıq bürcündən xaric bürclərlə anlaşa bilmirlər. Xüsusilə Əkizlər, Qız və Oxatanlar Balıq kişisi üçün anlaşılmaz olaraq qalır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*