Əvvəli (https://konkret.az/bir-daha-derman-mafiyasi-haqqinda-v-yazi)
Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan “Epidbiomed” və “Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, 2010-2017-ci illər ərzində “Epidbiomed” MMC xeyli sayda dövlət satınalmaları üzrə keçirilən müsabiqələrin qalibi olaraq, 28 müxtəlif rayon mərkəzi xəstəxanalarına, həmçinin başda Səhiyyə Nazirliyi olmaqla, müxtəlif nazirliklərə də dərman satışını həyata keçirib. Maraqlıdır ki, bu şirkət barədə elan olunan ittihama görə, “Epidbiomed” və “Sanimed” MMC-nin rəhbərləri müxtəlif şəxslərlə, tamah məqsədilə, qabaqcadan əlbir olaraq, daha çox gəlir əldə etmək məqsədi ilə 2011-ci ildən başlayaraq uzun müddət ərzində ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Yevlax Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Yevlax MRX-nin 2012-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı materiallarının ”satın alınması maddəsi üzrə 4 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2012-ci ildə 192 193 (yüz doxsan iki min yüz doxsan üç) manat, 2013-cü ildə 498 185,5 (dörd yüz doxsan səkkiz min yüz səksən beş manat, əlli qəpik), 2014-cü ildə 502 170, 69 (beş yüz iki min yüz yetmiş manat, altmış doqquz qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC Yevlax MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 1 192 549, 19 (bir milyon yüz doxsan iki min beş yüz qırx doqquz manat, on doqquz qəpik) manat təşkil edib.
Zaqatala Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Zaqatala MRX-nin 2010-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “ümumin təyinatlı dərman preparatlarının vəsarğı materiallarının”, “diabetik dərman preparatlarının” satın alınması maddəsi üzrə 8 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 214 235 (iki yüz on dörd min iki yüz otuz beş) manat, 2011-ci ildə 214 235 (iki yüz on dörd min iki yüz otuz beş) manat, 2012-ci ildə 233 934,11 (iki yüz otuz üç min doqquz yüz otuz dörd manat, on bir qəpik) manat, 2013-cü ildə 387 018, 38 (üç yüz səksən yeddi min on səkkiz manat, otuz səkkiz qəpik) manat, 2014-cü ildə 316 308, 61 (üç yüz on altı min üç yüz səkkiz manat, altmış bir qəpik) manat dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Zaqatala MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 1 365 731, 1 (bir milyon üç yüz altmış beş min yeddi yüz otuz bir manat, on qəpik) manat təşkil edib.
Zərdab Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Zərdab MRX-nin 2010-2014-cü illər ərzində həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatlarının və sarğı materiallarının” satın alınması maddəsi üzrə 6 dəfə qalib elan olunub.
Belə ki, şirkət 2010-cu ildə 121 856 (yüz iyirmi bir min səkkiz yüz əlli altı) manat, 2011-ci ildə 121 856 (yüz iyirmi bir min səkkiz yüz əlli altı) manat, 2012-ci ildə 205 332 (iki yüz beş min üç yüz otuz iki) manat, 2013-cü ildə 178 601, 29 (yüz yetmiş səkkiz min altı yüz bir manat, iyirmi doqquz qəpik) manat, 2014-ildə 208 348, 21 (iki yüz səkkiz min üç yüz qırx səkkiz manat, iyirmi bir qəpik) dəyərində tenderlərin qalibi olub.
Bu illər ərzində “Epidbiomed” MMC ilə Zərdab MRX-nın həyata keçirdiyi satınalmaların məbləği 835 993,5 (səkkiz yüz otuz beş min doqquz yüz doxsan üç manat, əlli qəpik) manat təşkil edib.
Qobustan Mərkəzi Rayon Xəstəxanası
“Epidbiomed” MMC Qobustan MRX-nin 2014-cü ildə həyata keçirdiyi dövlət satınalmalarında “dərman preparatları və sarğı materiallarının” satın alınması maddəsi üzrə dəfə 1 qalib elan olunub.
Belə ki, şirkət 2014-cü ildə ümumi məbləği 50 000 (əlli min) manat dəyərində tenderlərin qalibi olub.
Konkret.az