Şimali Atlantika Alyansı Gürcüstan hökumətinin NATO və Aİ məsələləri üzrə Məlumat Mərkəzini ləğv etmək qərarını kəskin şəkildə tənqid edib.
KONKRET.az xəbər verir ki, NATO rəsmiləri bu addımı “Gürcü cəmiyyətinin Avroatlantik inteqrasiya barədə məlumatlandırılmasına ciddi zərbə” kimi qiymətləndiriblər. Alyansın nümayəndələri vurğulayıblar ki, bu qərar xüsusilə mövcud çağırışlar fonunda xoş qarşılanmır və Gürcüstanın Avroatlantik yoluna ziddir.
Natiq Səlim,
KONKRET.az