“Bir düşmən gülləsinə 100 güllə ilə cavab vermək lazımdır” – Qarabağ separatçısı – VİDEObackend

"Bir düşmən gülləsinə 100 güllə ilə cavab vermək lazımdır" - Qarabağ separatçısı - VİDEO

“Bir düşmən gülləsinə 100 güllə ilə cavab vermək lazımdır”. 

KONKRET.az xəbər verir ki, bunu Gorus şəhərinin qondarma “meri” Aruş Aruşanyan jurnalistlərlə söhbətində deyib.

“Düşmənin bir gülləsinə yüz güllə cavab verilməlidir.

Biz başa düşməliyik ki, əlimizə silah alıb sona qədər vuruşmalıyıq, qorxaqlığa son qoymalıyıq.

Biz yerimizdə dayanmalı, Vətənimiz üçün vuruşmalıyıq. Haqqımız və Vətənimiz uğrunda mübarizə aparmasaq, yaşamağa mənəvi haqqımız yoxdur”, – deyə separatçı sərsəmləyib.

P.S. Bu sərsəmləməni danışan adamın müsahibəsini ona görə təqdim edirik ki, arxa fonda baş verənlərə diqqət edəsiniz.

Bu gün Xankəndidə mitinq keçirilib. Mitinqdə iştirak edən separatçının çıxışı zamanı şəhərin bayrama hazırlaşdığı görünür, hər tərəfdə bayramlarda istifadə olunan pirotexniki vasitələrin səsləri eşidilir. Bu mənzərədən hiss olunur ki, “qapalı Qarabağ necə ağır vəziyyətdədir”.

Xuraman Etibarlı,

KONKRET.az

  • Vüqar
    Dekabr 26, 2022 - 07:46

    Bu deyyus gorusdən xankəndiyə uça uça gelib

Vüqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*