Neftçalada 1 yaşlı uşaq faciəvi şəkildə ölüb.
KONKRET.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonun II Qaralı kəndində baş verib.
Belə ki, kənd sakini 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızının qucağında olan əkiz uşaqlarından biri, 2024-cü il təvəllüdlü körpə ehtiyatsızlıqdan yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan körpə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.