Birinci nəsil “iPhone” hərracda bu qiymətə SATILDIbackend

Birinci nəsil "iPhone" hərracda bu qiymətə SATILDI

Bazar günü “LCG Auctions” hərrac evində açılmamış 2007-ci il birinci nəsil “iPhone” 39 340 dollara satılıb.

KONKRET.azBusiness Insider” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Stiv Cobs tərəfindən ilk dəfə 2007-ci il yanvarın 9-da təqdim edilən “iPhone” zəmanəmizin ən mühüm və geniş yayılmış ixtiralarından birinə çevrilib.

Qeyd edək ki, 2007-ci ildə ilk “iPhone” modelin qiyməti 599 dollar olub.

ABŞ Statistika Bürosunun məlumatına görə, inflyasiya nəzərə alınmaqla hərracda satılan smartfon bu illər ərzində təxminən 45 dəfə bahalaşıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*