Hacı Zeynalabdin – Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iyulun 12-si saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.
Bu barədə APA–nın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.
Bildirilib ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.