“ABŞ dəfələrlə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu bəyan edib”.
KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter bildirib.
“Son bir il ərzində biz Ermənistan və Azərbaycan arasında bir sıra danışıqları dəstəkləmişik. Dövlət katibi Blinken Cənubi Qafqazdakı bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşmasına, regionda açıq ünsiyyətə və ticarətə zəmin yaradacaq sülh sazişinin tapılması səylərində şəxsən iştirak edib”, – deyə vurğulayan Karpenter onu da bildirib ki, Vaşinqton Ermənistan və Azərbaycan arasında görüşlərin keçirilməsi üçün səyləri dəstəkləməkdə və təklif etməkdə davam edəcək.
“Əlbəttə, son nəticədə vasitəçilik təkliflərindən yararlanmaq tərəflərin özlərindən asılıdır, lakin biz bunu davam etdirəcəyik”.
Mənbə:Haqqin.az