Bıstritski: “Ermənistan KTMT-ni tərk edərsə, onu ciddi problemlər gözləyir”backend

Bıstritski: “Ermənistan KTMT-ni tərk edərsə, onu ciddi problemlər gözləyir”

Ermənistanda yaşanan xaos bu ölkənin ictimai-siyasi həyatında gərginliyə səbəb olub. Neçə gündür İrəvan küçələrində baş verən iğtişaşlar düşmən ölkənin siyasi sferasını dəyişib.
Ermənistanda Qərb və Rusiya yönlü qüvvələr bir-birilərini ittiham edir. Baş nazir Nikol Paşinyanın tərəfdarları Rusiya əleyhinə şüarlar səsləndirir və Ermənistanın hazırkı vəziyyətə düşməsində Rusiyanı günahlandırır. Hətta Ermənistanı tezliklə KTMT-ni tərk etməyə çağıran siyasi qüvvələr də var. Ermənistanda Rusiya əleyhinə səsləndirilən şüarlar Şimal qonşumuzun siyasi dairələrində diqqətlə izlənilir və vaxtaşırı müxtəlif səviyyələrdə Ermənistanın cavabı verilir.

KONKRET.az xəbər verir ki, bu dəfə TASS sorğu keçirib və ekspertlər Ermənistan-Rusiya münasibətlərinə öz fikirlərini bildiriblər. Sorğuda iştirak edən əksər ekspertlər deyiblər ki, bütün ritorikalarına baxmayaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etməyəcək. Baş nazir Nikol Paşinyan əvvəllər bəyan etmişdi ki, o, ölkənin təhlükəsizlik strukturlarını səmərəsiz hesab edir.

Respublikanın ictimai məkanında bu cür ritorika daha radikal forma alıb və KTMT-dən tamamilə çıxmağa çağırış həddinə çatıb.

“Valday” Beynəlxalq Diskussiya Klubunun İnkişaf və Dəstək Şurasının sədri Andrey Bıstritski belə bir ssenarinin baş verəcəyinə inanmadığını bildirib: “Mən düşünürəm ki, bu, baş verməyəcək. İndi Qarabağ hadisələri ilə bağlı emosiyaların dalğasında belə söhbətlər gedir, amma mən bunu spekulyasiya kimi qiymətləndirərdim. Nəticələri proqnozlaşdırmaq çətindir və müttəfiqimiz bu addımı atarsa, o qədər də zəngin olmayan Ermənistan cəmiyyətini son dərəcə çətin günlər gözləyir”.

Bu, Ermənistana kiçik bir mesajdır və bununla müttəfiqlərinə qırmızı xətti keçməmək tövsiyə olunur. Ermənistan isə Qərbdə özünə yeni müttəfiqlər tapıb və onların regiona gəlməsi üçün real şərait hazırlayır.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*