Keçmiş FSB zabiti İqor Strelkov Rusiyanın nəyin bahasına olursa olsun Baxmut və Soledarı ələ keçirmək cəhdini böyük səhv adlandırıb. O, Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojini bölgədəki vəziyyətə görə tənqid edib.
KONKRET.az xəbər verir ki, Strelkov öz narazılığını Telegram-da bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının hərbi komandanlığı əbəs yerə şiddətli hücumlar üçün cəbhənin ən möhkəmləndirilmiş sektorlarını seçib.
Strelkov hesab edir ki, Baxmut-Soledar sektorunda döyüşlər bir aydan çox davam edəcək. Və hətta Rusiya həmin şəhərləri ələ keçirə bilsə belə, bu, rus qoşunlarının cəbhədəki mövqeyini yaxşılaşdırmayacaq.
“Strateji baxımdan biz artıq məğlub olduq. Bir daha ən yaxşı qüvvələri və vasitələri istifadəyə yararsız obyektə yönləndirdik. Priqojin yaxşı hərbi lider deyil. O, əsgərlərindən səmərəsiz istifadə edir” – deyə Strelkov əlavə edib.
Günel Mikayılova,
KONKRET.az