“Biz delimitasiya prosesinin əleyhinə deyilik” – Sarkisyanbackend

"Biz delimitasiya prosesinin əleyhinə deyilik" - Sarkisyan

“Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın hakimiyyət dəyişikliyi ilə nəticələnməsi üçün hər şeyə hazırıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib.

O, həmçinin əlavə edib:

“Bizim geri qayıtmaq istəyimiz yoxdur. Biz yalnız hakimiyyəti dəyişmək ideyasını həyata keçiririk”.

Hakimiyyət dəyişikliyi olacağı təqdirdə Tavuşun demarkasiya və delimitasiyası prosesi həyata keçiriləcəkmi sualına Sarkisyan belə cavab verib:

“Biz demarkasiya və delimitasiya prosesinin əleyhinə deyilik. Sadəcə, prosesin beynəlxalq təcrübəyə uyğun aparılmasının tərəfdarıyıq”.

Sərkisyan beynəlxalq təcrübə deyərkən konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*