“Biz dilənçi kimi yalvarırıq, onlara isə hörmət edilmir, rəhm edilir” – Erməni deputatbackend

"Biz dilənçi kimi yalvarırıq, onlara isə hörmət edilmir, rəhm edilir" - Erməni deputat

Müxalifətçi deputat Ermənistan parlamentinin tribunasından iki şad xəbər verib.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 23-də Ermənistan parlamentinin növbədənkənar sessiyasında “Ermənistan” müxalifət blokundan olan deputat Aqvan Vardanyan deyib.

Müxalifətçi deputat Ermənistan parlamentinin tribunasından iki şad xəbər verib.

“İcazə verin sizi əsl gündəmə qaytarım. Deməli, Qarabağ blokadadadır, ikinci yol yoxdur, sərhəddə çətin vəziyyət yaranıb.

Xatırlayırsınızsa, Qarabağ 1990-92-ci illərdə də blokadada idi. O zaman Ermənistanla yeganə əlaqə vertolyotlarla idi.

Amma indi cüzi fərq var. O vaxt həm Qarabağda, həm də Ermənistanda hakimiyyət var idi. Onların məqsədi bir idi – müstəqil dövlətçilik.

İndi Ermənistanda hakimiyyətdə dövlət təfəkküründən və Qarabağdan məhrum “Vətəndaş müqaviləsi” var. Hakimiyyət naminə güc. Oxşar vəziyyət Qarabağda da yaranıb. Ya da bu vəziyyətin törəməsi.

Bizdə birlik yoxdur, yaranmış böhranı həll etmək üçün siyasi iradə yoxdur. Yeganə siyasət başqalarından bizim üçün nəsə etməyi tələb etməkdir. Bu yalvarmaqdır. Dilənçilərə hörmət edilmir, onlara rəhm edilir”, – Vardanyan bildirib.

O, çıxışının sonunda iki şad xəbərinin olduğunu bildirib:

“Birincisi odur ki, biz, 90-cı illərdə olduğu kimi, hər mənada blokadadan çıxacağıq. Ermənistan və Qarabağ regionda faktora çevriləcək. İkinci xəbər odur ki, “Vətəndaş müqaviləsi” olmayacaq”.

Xuraman Etibarlı,

KONKRET.az

  • Tahir Qasımov
    Dekabr 23, 2022 - 17:08

    Əslində bu mübarizədə ermənilər üçün hər şeyin uduzulduğunu etiraf edərək sonda isə “göydən üç alma düşdü….” deyərək acgöz, quduz amma biçarə ermənilərə köpüklü ümid verməyi də unutmadı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*