“Əvvəlki bütün hərəkatlar əsas məqsədə çatmasalar da, müəyyən vəzifələri həll ediblər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan səsləndirib.
O, həmçinin əlavə edib:
“Bizim hərəkat partiyalarüstüdür. İkinci fərq ondan ibarətdir ki, burada əvvəlki hakimiyyətin nümayəndələri yoxdur. Uğura gəlincə, bu, hər birimizin gərgin əməyinin nəticəsində olmalıdır”, – deyə Danielyan bildirib.
Onun sözlərinə görə, hərəkatın məqsədi mövcud vəziyyəti dəyişməklə geniş ictimai konsolidasiyanı təmin etmək və Ermənistanın, “Artsax”ın və erməni xalqının milli-dövlət maraqlarını müdafiə etməkdir.
Günel Mikayılova,
KONKRET.az