“Biz hökumətin dediyi rəqəmdən on qat artıq ərazini itirmişik”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib. O, Ermənistan rəhbərliyinin təqdim etdiyi rəqəmlərdın on qat artıq ərazi “itirdiklərini” açıqlayıb.
“Hökumət etiraf edir ki, 40 kvadrat kilometrdən çox ərazi düşmənin nəzarəti altına keçib. Biz təkcə bu 40-45 kvadrat kilometrlik ərazin itirməmişik, biz ondan 10 dəfə artıq ərazini Azərbaycanın nəzarətinə vermişik”, – Koçaryan deyib.
Eks prezident Azərbaycan Ordusunun Basarkeçər- Araz istiqamətində irəlilədiyini, ermənilərin Naxçıvanla sərhəddə böyük ərazini “itirdiklərini” bildirib.
“GPS vasitəsilə sərhədləri müəyyən eləmək ona gətirib ki, Azərbaycan Ordusu ehtimal edilən sərhəd xəttindən daha da içərilərdə yerləşib. Ermənistan tərəfi sərhəddən 500 metrdən tutmuş 1-1,5 km-dək geri çəkilib.
Bu təkcə Vardenis-Araz sahəsində olmayıb, biz hələ 44 günlük müharibədən öncə Naxçıvanla səhrəddə böyük ərazilər itirmişik. Onların mövqelərindən bizim mövqelərədək olan ərazilərə də biz nəzarət etmirik”, – deyə Koçaryan əlavə edib.
Xuraman Etibarlı,
KONKRET.az