“Biz pulunu ödədiyimiz silahları Rusiyadan ala bilmirik” – Qriqoryanbackend

"Biz pulunu ödədiyimiz silahları Rusiyadan ala bilmirik" - Qriqoryan

“Son illərdə dünyada və xüsusən də Cənubi Qafqazda təhlükəsizlik arxitekturası köklü şəkildə dəyişib”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, əvvəllər hər şey aydın və anlaşılan idi.

“Düşünürdük ki, telefonla zəng edib: “Mənim problemim var” demək olar. Cavabında deyəcəklər: “Yaxşı, əzizim, kömək edəcəyik”. İndi görürük ki, bu variant işləmir. Ermənistanın təhlükəsizliyini təmin etməli olan mexanizmlər iflasa uğrayıb”, – deyə Qriqoryan əlavə edib.

O deyib ki, yeni mexanizmlər və silah təchizatı axtarmaq lazımdır.

“Çünki obyektiv olaraq biz Rusiyadan pulunu ödədiyimiz silahları ala bilmirik”, – deyə Qriqoryan bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*