Müğənni Nazənin Salayeva cənub zonasındakı bayramqabağı bahaçılıqdan söz açıb.
KONKRET.az olay.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Xəzər axşamı” verilişində danışıb.
Nazənin bildirib ki, orada satılan balıqların qiyməti 500 manata çatıb:
“Cənub zonasında balıq qıtlığı yaşanır. Balığın qiyməti qalxıb kəllə-çarxa. Qiyməti 500 manatdır. Həsirin satan kim, üzüyünü satan kim… Onlar satıb balıq alırlar”.