Blinken Gürcüstana qarşı tədbirlər görüləcəyini açıqladıbackend

Blinken Gürcüstana qarşı tədbirlər görüləcəyini açıqladı

“Gürcüstanda qəbul edilmiş “Xarici agentlər haqqında” qanun Amerika Birləşmiş Ştatlarını çox narahat edir və Vaşinqton tədbir görə bilər”.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, bu qanun gürcülərin mütləq əksəriyyətinin irəliləmək və Avropa İttifaqına inteqrasiya etmək istəyi ilə ziddiyyət təşkil edir. “Düşünürəm ki, bu, təəssüf ki, Moskva rəhbərliyindən götürülüb. Odur ki, biz cavab olaraq nə edə biləcəyimizi çox ciddi şəkildə nəzərdən keçiririk və mən tədbirlər görəcəyimizi gözləyirəm. Avropa İttifaqı bu qanunun Gürcüstanın birləşmək prosesinə təsirini izləyir. Bu qanunun qəbulunun hansı nəticələrə səbəb ola biləcəyini gözləyirəm”.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*