ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü bildirib ki, Ukrayna 18-25 yaş arası gəncləri Rusiyaya qarşı müharibədə iştirak etmək üçün cəlb etməlidir.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.
Onun sözlərinə görə, uğurun açarı döyüş meydanında insanların, eləcə də sursat və silahların olmasıdır.
Blinken Brüsseldə “Reuters”ə müsahibəsində “Bunlar çox çətin qərarlardır” deyib:
“Amma gənclərin mübarizəyə cəlb olunmasının zəruriliyinə inanırıq və çoxumuz da buna inanırıq. Hazırda 18-25 yaşlı gənclər müharibədə iştirak etmir”.
Rəsmiyyə Şərifova,
KONKRET.az