Blinkendən çağırış: “Dərhal Rusiyanı tərk edin!”backend

Blinkendən çağırış: "Dərhal Rusiyanı tərk edin!"

ABŞ Dövlət katibi Entoni Blinken “Vol Strit Jurnal”ının əməkdaşı Evan Qerşkoviçin həbsi fonunda Rusiyada qalan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət katibinin bəyanatında deyilir.

“Dövlət Departamentinin ən yüksək prioriteti ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyidir. Biz Rusiyada ABŞ vətəndaşlarını təhdid edən təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı bir daha təkrar edirik. Rusiyada yaşayan və ya oraya səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər” – deyə bəyanatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*