Blinkenin İraqa səfərindən sonra ABŞ bazaları hücuma məruz qaldıbackend

Blinkenin İraqa səfərindən sonra ABŞ bazaları hücuma məruz qaldı

İraqdakı şiə qrupları ABŞ-ın İraqın qərbindəki Ayn əl-Əsəd və Suriya-İraq-İordaniya sərhədindəki Əl-Tənf hərbi bazalarına pilotsuz təyyarələrlə hücuma cəhd ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə İraqın Shafaq news xəbər agentliyi məlumat yayıb.

“Dünən gecə və bu gün səhər saatlarında Ənbar əyalətindəki Ayn əl-Əsəd hərbi bazasına iki pilotsuz təyyarə hücum edib. Hər iki pilotsuz təyyarə zərərsizləşdirilib”, – məlumatda deyilir.

Məlumata görə, üçüncü pilotsuz uçan aparat əl-Tanf hərbi bazasının ətrafını hədəf alıb.

Xatırladaq ki, hücum ABŞ dövlət katibi Antoni Blinkenin İraqa səfərindən sonra baş verib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*