Blinkenin səfəri zamanı İsrail Qəzzanı kütləvi atəşə tutdubackend

Blinkenin səfəri zamanı İsrail Qəzzanı kütləvi atəşə tutdu

İsrail ordusu “Həmas”ın Qəzza zolağındakı hədəflərini iriçaplı silahlardan atəşə tutduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu, ABŞ dövlət katibi Antoni Blinken münaqişənin hər iki tərəfinin liderləri ilə görüşmək üçün bölgəyə səfər etdiyi vaxta təsadüf edib.

Şahidlər bildirib ki, İsrail təyyarələri Qəzza şəhərini ağır bombardman edib və Cəbəliyə qaçqın düşərgəsinə hava zərbəsi endirib.

Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Qəzzada ölənlərin sayı 1200 nəfərə çatıb, təxminən 5600 yaralı var.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*