Bloger canlı yayım zamanı qətlə yetirildi backend

Bloger canlı yayım zamanı qətlə yetirildi 

Meksikalı bloger və model Valeriya Markes TikTok-da canlı yayım zamanı qətlə yetirilib.

KONKRET.az xəbər verir ki, hadisə mayın 13-də Meksikanın Xalisko ştatının Zapopan şəhərində baş verib.

Nəşrin məlumatına görə, hücum zamanı Markes şəxsi gözəllik salonunda olub. Atəşin motosikletlə yaxınlaşan naməlum şəxs tərəfindən açıldığı bildirilir.

Qətl anı videoya düşüb. Mənbələrə görə, qətlə yetirildiyi iddia edilən şəxs Markesin sevgilisi olub. Qətlin qısqanclığa görə baş verdiyi bildirilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*