Bloomberg: “Varlı ruslar müharibə başlayandan bəri 90 milyard dollardan çox itiriblər”backend

Bloomberg: "Varlı ruslar müharibə başlayandan bəri 90 milyard dollardan çox itiriblər"

Bloomberg hesablamalarına görə, ən zəngin ruslar Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 93 milyard dollardan çox itiriblər.

KONKRET.az-ın məlumatına görə, agentlik qeyd edir ki, təkcə fevralın 24-də Vladimir Putin hərbi əməliyyat elan etdiyi gün rusiyalı milyarderlər 46,6 milyard dollar itiriblər. Tezliklə bir çox rus iş adamlarına qarşı ABŞ, Aİ və Böyük Britaniya sanksiyaları tətbiq edildi və bu, onların Qərbdəki aktivləri üzərində nəzarəti saxlamağı demək olar ki, qeyri-mümkün etdi.

Avropa İttifaqının ədliyyə üzrə komissarı Didye Reynders oktyabrda bildirmişdi ki, qurumun Rusiyaya qarşı sanksiyaların tətbiqi çərçivəsində fevralın 24-dən etibarən 90 rusiyalının 17 milyard avrodan çox, o cümlədən Almaniyada 2,2 milyard avro dəyərində aktivləri dondurulub.

“Financial Times” sentyabrda yazmışdı ki, sanksiyaların rus iş adamlarını “saray çevrilişi” etməyə məcbur etdiyinə dair heç bir əlamət yoxdur. Nəşr bir neçə milyarder və iri şirkət rəhbərləri ilə söhbətlərin nəticələrinə əsasən belə qənaətə gəlib ki, Qərbə qarşı qəzəbli halda hərbi əməliyyata qarşı çıxan “oliqarxlar qrupu var ki, bu da onları özlərindən asılı olmayan hadisələrə görə məsuliyyətə cəlb edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*