BMT ABŞ-ın maliyyə yardımını dayandırmasından sonra ciddi ixtisarlara hazırlaşır.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, BMT-nin baş katibi Antoniu Quterreş təşkilatın büdcəsinin təxminən 700 milyon dollar azaldılmasını və əməkdaş sayının 20% ixtisarını planlaşdırır.
Bu addım ABŞ-da Donald Tramp administrasiyasının mövqeyini dəyişərək BMT-yə maliyyə ayırmalarını dayandırması ilə əlaqələndirilir.
İxtisarlar yalnız BMT-nin mərkəzi strukturunu deyil, həmçinin təşkilatın humanitar və sülhməramlı missiyalar daxil olmaqla sahə proqramlarını da əhatə edəcək.