BMT Hindistan və Pakistan arasında atəşkəsə dair razılığı alqışladıbackend

BMT Hindistan və Pakistan arasında atəşkəsə dair razılığı alqışladı

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Hindistan və Pakistan hərbçilərinin Kəşmirdəki Nəzarət Xətti (Line of Control – LoC) boyunca atəşkəsə dair bütün razılaşmaları ciddi şəkildə yerinə yetirmək barədə razılığa gəldikləri ilə bağlı fevralın 25-də verdikləri ortaq bəyanatdan məmnun qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat xidmətinin rəhbəri Stefan Dujarrik brifinq zamanı bildirib.

S.Dujarrik deyib ki, Baş katib bu müsbət addımın gələcək dialoq üçün fürsət yaradacağına ümid edir.

S.Dujarrik əlavə edib ki, Hindistan və Pakistanın Hərbi Əməliyyatlar üzrə General Direktorları sərbəst və səmimi bir atmosferdə Nəzarət Xətti və digər sektorlardakı mövcud vəziyyəti təhlil edib.

Amerika Birləşmiş Ştatları da Hindistan və Pakistanın qərarını məmnuniyyətlə qarşılayıb. Bu qərarı Cənubi Asiyada daha çox barış və sabitliyə doğru müsbət addım adlandırıb.

Ağ Evin mətbuat katibi Cen Psaki deyib ki, ABŞ Hindistan və Pakistan arasında Nəzarət Xətti boyunca atəşkəsə ciddi şəkildə riayət etməyi dair qəbul edilən razılığı alqışlayır: “Bu, ümumi maraqlarımıza cavab verən, Cənubi Asiyada sülhün və sabitliyin möhkəmləndirilməsi yolunda atılan müsbət addımdır. Hər iki ölkəni bu istiqamətdə addımlarını davam etdirməyə çağırırıq”. (AzPolitika.info)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*