BMT-nin Malidəki sülhməramlı missiyası ölkəni tərk etdibackend

BMT-nin Malidəki sülhməramlı missiyası ölkəni tərk etdi

BMT-nin Malidəki Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının (MINUSMA) üzvləri Timbuktu bölgəsindəki bazasını tərk ediblər.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, mərasim zamanı MINUSMA-nın rəhbəri Anton Ançev bazanın “açarlarını” Timbuktu bölgəsinin qubernatoru Bakun Kanteyə təhvil verib və BMT-nin bayrağı bazadan yığışdırılıb.

İyunun 30-da BMT Təhlükəsizlik Şurası Mali hökumətinin tələbi ilə Afrikanın bu ölkəsində sülhməramlı missiyanın dayandırılması barədə qətnaməni yekdilliklə qəbul edib. Qətnamədə göstərilirdi ki, missiya 31 dekabr 2023-cü ilə qədər başa çatmalıdır.

Xatırladaq ki, MINUSMA 2013-cü ilin yazında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında yaradılıb. Missiyanın vəzifəsi respublika ərazisində təhlükəsizliyin gücləndirilməsində Mali hakimiyyətinə kömək etmək idi. Bununla belə, 2023-cü ilin yayında Mali hökuməti MINUSMA-nın vəzifəsini yerinə yetirə bilməməkdə ittiham edib. Həmin vaxt missiya üzvülərinin sayı 15 mindən çox idi. Malidə missiya yaradılandan bəri 300-ə yaxın əməkdaş həlak olub.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*