BMT nümayəndələrinin Şuşaya səfəri Ermənistana “qırmızı işıq”dır – AÇIQLAMAbackend

BMT nümayəndələrinin Şuşaya səfəri Ermənistana “qırmızı işıq”dır – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd ediləcək. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, BMT-nin bayrağı işğaldan azad olunan Şuşada dalğalanacaq.
BMT nümayəndələrinin Qarabağa səfəri ilə bağlı KONKRET.az-a danışan Bakı Politoloqlar qrupunun rəhbəri Zaur Məmmədov bu səfəri xüsusi və əlamətdar hadisə kimi qiymətləndirib:
“BMT bayrağının Şuşada dalğalanması və BMT-nin nümayəndələrinin Qarabağa, Şərqi Zəngəzur torpaqlarına və Şuşaya səfəri xüsusi qeyd ediləsi məsələdir. Azərbaycan və BMT arasındakı 30 illik münasibətlərlə bağlı təntənəli mərasimin Şuşada qeyd edilməsi əslində ermənilərə bir mesajdır. Bütün bunlar ermənilərin bir neçə il sonra hər hansı xəyala və ambisiyaya düşməməsi üçün xəbərdarlıqdır”.
Politoloq əlavə edib ki, sözügedən səfər həm də Azərbaycanın 44 günlük qələbəsinin dünya ictimaiyyəti tərəfindən tanınması deməkdir:
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Cənubi Qafqazda yeni reallıq hər kəs tərəfindən qəbul edilməkdədir. İlham Əliyevin beynəlxalq təşkilatlarla, ayrı-ayrı dövlətlərlə görüşlərində qaldırdığı məsələlər bu gün gündəm olur. Ermənistan tərəfinin qaldırdığı heç bir məsələyə isə ciddi yanaşılmır. Erməni diasporunun tör-töküntləri baş qaldırmaq istəyir, lakin bu alınmır. Bu gün Hikmət Hacıyevin müşayiəti altında yüksək çinli nümayəndələrin bölgəyə səfəri tarixi əlamətdar hadisədir. Bu səfər ermənilərə “qırmızı işıq” kimi də qiymətləndirilə bilər”.
Şəbnəm Mehdizadə,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*