Bölgədə ən bahalı internet Ermənistanda, ən ucuz internet Azərbaycandadırbackend

Bölgədə ən bahalı internet Ermənistanda, ən ucuz internet Azərbaycandadır

Ermənistan Cənubi Qafqaz ölkələri arasında ən bahalı internetə sahibdir.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya Numbeo onlayn məlumat bazasında yer alıb.

Mənbə yazır ki, Ermənistanda 60 Mbit/s və yuxarı sürətə malik aylıq internet paketinin qiyməti təxminən 22 dollar təşkil edir.

Azərbaycanda eyni paketin qiyməti 14 dollar, Gürcüstanda isə az qala 18 dollardır.

Rusiyada 60 Mbit/s və yuxarı sürətə malik aylıq internet paketinin qiyməti 6,5 dollar, Türkiyədə isə 11,7 dollar təşkil edir.

Günel Mikayılova,

KONKRET.az

  • Anonim
    Avqust 27, 2024 - 20:52

    Deyəsən İranın internet qiymətindən və sürətindən xəbəriniz yoxdur 😂😂

  • Şərif
    Avqust 29, 2024 - 10:43

    Bu məlumatları yazan kimdir bilmirəm, amma başa düşüləndir ki, belə məlumatları işıqlandırmaqda, internet provayderlərinin yaxın adamı, yəni dolayısı ilə onların hesabına cibini dolduran yaramazın biridir, heç şübhəsiz. Dünyada böyük əksəriyyət ölkələrdə internet qiymətləri demək olar ki, nəzərə çarpmayan dərəcədə aşağıdır, amma bu kor adam onları yo, harada ən yüksək qiymətlər olan ölkələri misal gətirib, yazıqlar olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*