“Bolşeviklər Qarabağı və Naxçıvanı Azərbaycana, Qarsı isə Türkiyəyə verdilər” – Daha bir erməni sərsəmləməsibackend

"Bolşeviklər Qarabağı və Naxçıvanı Azərbaycana, Qarsı isə Türkiyəyə verdilər" - Daha bir erməni SƏRSƏMLƏMƏSİ

“Azərbaycanla niyə müharibə gedir? Çünki 1921-ci il iyunun 5-də Zaqafqaziya Bolşevik Bürosu Dağlıq Qarabağı alıb Azərbaycana verdi”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, general-leytenant Norat Ter-Qriqoryants erməni mediasına müsahibəsində deyib.

“1921-ci il martın 16-da Rusiya Federativ Sosialist Respublikası Atatürkün Türkiyəsini qucaqladı və nədənsə Ermənistanın Naxçıvanını əlindən alıb Azərbaycana verdi, Ermənistanın Qarsını götürüb türklərə verdi. Və bu günə qədər həmin ərazilər uğrunda müharibə gedir. Bütün bunların nəticəsidir ki, xalqlar bir-birinə nifrət edir, biri digərini məhv edir, siyasətçilər öz işlərini görürlər”, – deyə Norat Ter-Qriqoryants sərsəmləyib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*