Borcu olanların NƏZƏRİNƏ: Bu halda borcunuzu hissə-hissə ödəyə bilərsinizbackend

Borcu olanların NƏZƏRİNƏ: Bu halda borcunuzu hissə-hissə ödəyə bilərsiniz

“Əgər bir vətəndaş başqa şəxsin ona müəyyən məbləğdə borcu olduğunu bildirərək məhkəməyə müraciət edərsə və bu iddia sübuta yetirilərsə, məhkəmə borcun tam məbləğdə ödənilməsinə qərar verir. Yəni, məhkəmə borcu hissə-hissə aylara bölmür və iddianı tam təmin edir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

“Lakin icra mərhələsində borclunun bank hesabında pul və ya adına rəsmi qeydə alınmış əmlak yoxdursa, o zaman vətəndaş borcunu hissə-hissə ödəyə bilər. Borclu yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əgər borclunun adına əmlak, nəqliyyat vasitəsi, torpaq sahəsi və ya bank hesablarında pul vəsaiti varsa, məhkəmə qərarı əsasında həmin əmlaklara həbs qoyulur, tutma yönəldilir və borc tam şəkildə ödənilir”.

Vəkil sonda qeyd edib ki, şəxsin heç bir əmlakı yoxdursa, lakin o borcunu könüllü şəkildə hissə-hissə ödəyirsə, bu halda icra məmuru onu əlavə məsuliyyətə cəlb edə bilməz.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*