Ukraynanı bərpa etmək üçün onilliklər lazım olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Brüsseldə dezinformasiyaya qarşı mübarizəyə həsr olunmuş konfransda çıxış edən Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
O qeyd edib ki, hərbi münaqişədən sonra Ukraynanın yenidən qurulması və minalardan təmizlənməsi onilliklər çəkəcək.
“Ukraynanın yenidən qurulması, onun torpaqlarını və sularını minalardan təmizləmək üçün onilliklər lazım olacaq”, – deyə Avropa rəsmisi bildirib.
Xuraman Etibarlı,
KONKRET.az