Bosfor boğazı hər iki istiqamətdə bağlandıbackend

Bosfor boğazı hər iki istiqamətdə bağlandı

Rusiyaya gedən gəmidə yaranmış nasazlıq səbəbindən Bosfor boğazı hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bandırma limanından Rusiyaya gedən 98 metrlik yük gəmisinin mühərriki sıradan çıxıb.

Hadisə Umuryeri bölgəsində, Qara dənizə çıxış zonasından 8 km məsafədə baş verib. Sahil mühafizəsi gəminin çıxarılması üçün kater və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*