Bosniya və Herseqovinada baş verən daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb, bir neçə nəfər itkin düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, güclü yağışlar və torpaq sürüşmələri nəticəsində evlər, körpülər, eləcə də avtomobil və dəmir yolları dağılıb.