Böyük Britaniya Ukraynaya verdiyi “Storm Shadow” raketlərininin Rusiya ərazisində istifadəsinə icazə vermək üçün ABŞ-dən təsdiq gözləyir.
KONKRET.az xəbər verir ki, Birləşmiş Ştatlar sözügedən məsələyə bir neçə aydır cavab vermir.
Bundan başqa, qeyd olunur ki, ABŞ ilə yanaşı, Fransa və adı açıqlanmayan daha bir NATO ölkəsinin da razılığı olmalıdır.
Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinq zamanı Ukraynanın uzaqmənzilli raketlərdən istifadə etməsinin narahatlıq doğuracağını qeyd edib. O, bildirib ki, əraziləri işğaldan azad etmək üçün sözügedən silahlardan istifadə yeni eskalasiya təhlükəsini artıracaq.
Bildirilir ki, “Storm Shadow” raketləri müharibənin gedişində dönüş yarada bilər.
Xatırladaq ki, “Storm Shadow” (“Fırtına Kölgəsi”) uzaqmənzilli qanadlı raketlərini Böyük Britaniya və Fransa birgə hazırlayıb. O, 250 km və ya 155 mil uzaqlıqda yerləşən hədəfləri vura bilir.
Natiq Səlim,
KONKRET.az