Böyük Britaniyada siqaret qadağası başlayır: 2009-cu ildən sonra doğulan hər kəsə məhdudiyyət qoyuldu – ƏTRAFLIbackend

Böyük Britaniyada siqaret qadağası başlayır: 2009-cu ildən sonra doğulan hər kəsə məhdudiyyət qoyuldu - ƏTRAFLI

İngiltərədə hökumət yeni siqaret qadağası tətbiq edir.

KONKRET.az xəbər verir ki, plana görə, 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs qanuni olaraq tütün ala bilməyəcək.

Siqaret çəkməyin qadağan edilməsi planını ilk dəfə keçmiş baş nazir Rişi Sunak irəli sürsə də, yeni kansler Keyr Starmer bunu qanuniləşdirməyə söz verib.

Kral Çarlz da dünənki çıxışında siqaret qadağasına toxunaraq planı dəstəkləyib. Plana görə, 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulan hər kəs qanuni olaraq tütün ala bilməyəcək.

Elektron siqaretlərin satışı və marketinqinə də məhdudiyyətlər qoyulacaq. Sunak tərəfindən ilk dəfə təqdim edilən qanun layihəsi bütün partiyaların dəstəyini alıb və ən böyük ictimai səhiyyə qanun layihəsi adını alıb. Qanunvericilər apreldə qanun layihəsinin lehinə 67, əleyhinə 383 səslə səs veriblər. Lakin qanun layihəsi parlamentdən keçməzdən əvvəl ümumi seçki təyin olunduğu üçün ləğv edilib.

Siqaret qadağası necə işləyəcək?

“Tütün və elektron siqaret haqqında” Qanun layihəsi dekabr ayında Yeni Zelandiyada tətbiq edilib. İslahatlar qanuni siqaret çəkmə yaşının tədricən artırılmasını və gələcək nəslin siqaret almasını qadağan etməyi əhatə edir. Böyük Britaniya 2027-ci ilə qədər qaydaları tətbiq etsə, hazırda yaşı 14 və ondan aşağı olan heç kim siqaret ala bilməyəcək.

Qanun layihəsi həmçinin elektron siqaretlərin satışı və brendinqi sahəsində islahatları nəzərdə tutur. İslahatların nəticəsi olaraq siaretlərin uşaq və yeniyetmələr üçün cəlbediciliyi azalacaq.

Araşdırmalara görə, uşaqlar saqqız və pambıq konfeti ən ləzzətli mentol kimi qəbul edirlər. Yaxın gələcəkdə onların da istehlakı qadağan edilə bilər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*