Böyük Vətən Müharibəsi veteranlarına 3200 dollar VERİLƏCƏKbackend

Böyük Vətən Müharibəsi veteranlarına 3200 dollar VERİLƏCƏK

Hazırda Qazaxıstanda 237 Böyük Vətən Müharibəsi veteranı yaşayır. Mayın 9-dək onların hər birinə ən azı 1,5 milyon tengə (3,2 min dollar) ödəniləcək.

KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Tamara Duysenova bildirib.

“Mayın 9-da onlara bu məbləğdə (1,5 milyon tengə) müvafiq maddi həvəsləndirmələr ödəniləcək”, – o deyib.

Məlumata görə, 2021-ci ildə Qazaxıstanda 665, 2022-ci ildə isə 387 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı və əlili yaşayıb.

Qeyd edək ki, keçən il mayın 9-dək onlara ən azı 1 milyon tengə (2191 dollar) ödənilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*