BP də Rusiyadan neft və qaz ALMAYACAQbackend

BP də Rusiyadan neft və qaz ALMAYACAQ

Böyük Britaniyanın transmilli neft-qaz şirkəti “British Petroleum” (BP) Rusiyadan neft və qaz alışına dair yeni əqdlər bağlamamaq niyyətini bəyan edib.

KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndəsinin şərhində deyilir.

Qeyd edilir ki, yeganə istisna hal kimi istehlakçılara enerji daşıyıcılarının tədarükünün təhlükəsizliyinə təhdid yaranması ola bilər.

Xatırladaq ki, daha əvvəl digər Britaniya şirkəti “Shell” də Rusiyadakı bütün neft-qaz layihələrində iştirakdan imtina etdiyini bildirib. İlk addım olaraq şirkət Rusiya neftinin bütün spot alışını dayandıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*