BP-nin reytinqi endirildi – SƏBƏBbackend

BP-nin reytinqi endirildi - SƏBƏB

S&P Global Beynəlxalq Reytinq Agentliyi Britaniyanın enerji şirkəti BP Plc-nin kredit reytinqini “müsbət”dən “stabil”ə endirib.

KONKRET.az xəbər verir ki, agentlik bu qərarını şirkətin borc yükünü azalda bilməyəcəyi ilə bağlı narahatlıqlarla izah edir.

Şirkətin uzunmüddətli reytinqi “A-” səviyyəsində təsdiqlənib.

Fevral ayında BP sərbəst pul axınının 80 faizini səhmləri geri almaq üçün istifadə edəcəyini vəd etmişdi. Şirkətin borcu 24 milyard dollara yaxındır.

S&P ekspertləri hesab edirlər ki, şirkət borclarını tezliklə azalda bilməyəcək.

2023-cü ilin sonunda BP-nin pul vəsaitlərinin borclara nisbəti (FFO/borc) 41,9 faiz təşkil edib. Bu, 75 faizdən yuxarı olan Chevron Corp., Shell və ExxonMobil kimi rəqiblərdən xeyli pisdir. S&P analitikləri hesab edirlər ki, bu fərq yalnız böyüyəcək.

BP səhmləri bu günkü hərraclarda 3,8 faiz ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 0,7 faiz azalıb, halbuki Britaniyanın FTSE 100 fond indeksi isə bu müddət ərzində 6,1 faiz dəyər qazanıb. Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*