Braziliyada qayanın uçması nəticəsində 10 nəfər öldübackend

Braziliyada qayanın uçması nəticəsində 10 nəfər öldü

Braziliyanın cənub-şərqindəki Minas Jerays əyaləti yaxınlığında qayanın turistlərin olduğu qayıqların üzərinə aşması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə KONKRET.az xarici mediaya istinadən xəbər verir.

Qeyd olunub ki, xilasedicilər daha üç nəfərin cəsədini tapıblar. Batan iki gəmidə həmin an ən azı 34 nəfər olub. 23 nəfər yüngül bədən xəsarətləri alıb, 8 nəfər tibb müəssisələrinə aparılıb.

Güclü eroziyaya uğramış qayaların uçmasına bölgədə yağan güclü yağış səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*