Britaniya da İrana qarşı sanksiyaları genişləndirdibackend

Britaniya da İrana qarşı sanksiyaları genişləndirdi

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran baş prokurorun müavini Əhməd Fazelian, İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri, İslam İnqilabı Keşikçiləri Korpusu komandanının müavini Hüseyn Nejat, “Bəsic” İslam xalq könüllüləri dəstəsinin komandanının müavini Salar Abnuş və Asayiş keşikçiləri qüvvələrinin komandanının müavini Qasem Rezai “qara siyahı”ya salınıb.

Sanksiyaların tətbiq edilməsinə səbəb kimi “İran rejiminin Böyük Britaniya və İran vətəndaşı Əlireza Əkbərinin edam edilməsi də daxil olmaqla, öz xalqına qarşı törətdiyi dəhşətli zorakılıq” göstərilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ və Avropa İttifaqı da İrana sanksiya tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*