Britaniya ordusundan İLK: Yeni strategiya hazırlandıbackend

Britaniya ordusundan İLK: Yeni strategiya hazırlandı

Böyük Britaniya ordusu Rusiya-Ukrayna müharibəsindən öyrəndiyi dərslərə əsaslanaraq yeni hərbi strategiya hazırlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, 2022-ci ilin fevralından bəri davam edən qanlı müharibədə Ukraynanın pilotsuz uçuş aparatlarından (PUA) effektiv istifadəsi Britaniya hərbçiləri üçün nümunə olub.

Yeni strategiyaya əsasən, “20-40-40”, “Reaper” və “kamikadze” adlanan PUA-lar Britaniya ordusunun əməliyyatlarında daha geniş istifadə olunacaq.

Yeni planın əsas məqsədlərindən biri də əsgər itkilərinin minimuma endirilməsidir. Britaniya Müdafiə Nazirliyi bu yanaşmanın müasir döyüş taktikalarının tələblərinə uyğunlaşdırıldığını və ordu üçün çevik, texnologiyaya əsaslanan müdafiə imkanları yaratdığını bildirir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*